Ucnoqta.az
www.ucnoqta.az

Ağstafada 39 yaşlı qadın dəm qazından zəhərlənib

00:46 - 6 Yanvar 2022 tarixində dərc olunub.

Ağstafada zəhərlənmə hadisəsi olub.

Rayon sakini, 39 yaşlı Sevinc Osmanova dəm qazından zəhərlənib.

Zərərçəkən yaxınları tərəfindən Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər S.Osmanovanın vəziyyətini sabit qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: