Ucnoqta.az
www.ucnoqta.az

Avtomobilində silah gəzdirən şəxs tutuldu - <font color=red><b>FOTO</b></font>

16:58 - 5 Yanvar 2022 tarixində dərc olunub.

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları avtomobildə qanunsuz odlu silah gəzdirən şəxsi saxlayıb.

APA-nın xəbərinə görə,”VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Emil Hacıyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Polis əməkdaşı avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb və yoxlama zamanı həmin “İJ” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı, eləcə də daşınma qaydalarının pozulduğu aşkarlanıb.

E.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Müəllif: