Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasında yanğın söndürülüb - <font color=red><b>YENİLƏNİB</b></font>

16:20 - 5 Yanvar 2022 tarixində dərc olunub.

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Yanğının qarşısı qısa müddət ərzində alınıb, sakinlərin bir qismi təxliyə olunub.

15:38

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.


FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: