Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə avtomobil qaçıran keçmiş məhkum tutulub

13:46 - 5 Yanvar 2022 tarixində dərc olunub.

Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb.

Şəmkir RPŞ-yə yanvarın 2-də saat 3 radələrində Dəllər qəsəbəsi ərazisindən qəsəbə sakini B.Babayevə məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Yusifov müəyyən edilərək saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma davam etdirilir.///apa

Müəllif: