Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda qardaş bacıları tərəfindən baltalandı

10:18 - 5 Yanvar 2022 tarixində dərc olunub.

Astarada qardaş bacıları tərəfindən balta ilə çoxsaylı xəsarət alıb.

APA-nın məlumatına görə, rayonun Təngərüd kəndində İlkin Fariz oğlu Qəmbərova bacıları Nadirə və Nargilə tərəfindən balta ilə xəsarətlər yetirilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Qəmbərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Vəziyyəti ağır qiymətləndirilir.

Hələlik hadisənin səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: