Ucnoqta.az
www.ucnoqta.az

Türkiyəli aktyor “Omikron”a yoluxdu

18:56 - 4 Yanvar 2022 tarixində dərc olunub.

Türkiyəli aktyor Erdal Özyağcılar koronavirusun “Omicron” ştamına yoluxub.

Bu barədə 74 yaşlı aktyor sosial media hesabında yazıb. E.Özyağcılar 4 dəfə vaksin vurduğunu buna rəğmən xəstəlikdən qaça bilmədiyini bildirib. 

Qeyd edək ki, usta aktyor sonuncu dəfə "Yasak elma" serialnında rol alıb.///unikal

Müəllif: