Ucnoqta.az
www.ucnoqta.az

Bakıda "Land Rover" yandı

13:00 - 4 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda avtomobildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda "Land Rover" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: