Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil aşdı - <font color=red><b>Sürücü öldü</b></font>

10:18 - 4 Yanvar 2022 tarixində dərc olunub.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Faxralı kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü, 1967-ci il təvəllüdlü Quliyev Mahir xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: