Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb

21:47 - 3 Yanvar 2022 tarixində dərc olunub.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Faxralı kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: