Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəydə avtomobil qaz borusuna çırpıldı

10:42 - 2 Yanvar 2022 tarixində dərc olunub.

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə rayonu Saratovka kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: