Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirdi

10:33 - 2 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Orxan Orucovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: