Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada “Lexus” avtobusla toqquşdu: Biri uşaq olmaqla 3 nəfər ölüb

00:34 - 2 Yanvar 2022 tarixində dərc olunub.

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində “Lexus” markalı minik avtomobili ilə avtobus toqquşub.

Ucnoqta.az Rusiya Daxili İşlər Nazirliyinin Regional İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla (2012-ci il təvəllüdlü) 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. 

Hadisə bu gün yerli vaxtla saat 20.45 radələrində (Bakı vaxtı ilə 19.45) baş verib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, qəzanın səbəblərini müəyyənləşdirilir.

Müəllif: