Ucnoqta.az
www.ucnoqta.az

Yeni il gecəsi avtoxuliqanlar 870-dən çox avtomobili yandırıblar

19:49 - 1 Yanvar 2022 tarixində dərc olunub.

Fransada yeni il gecəsi avtoxuliqanlar 870-dən çox avtomobili yandırıblar.

APA bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanen məlumat verib.

Nazir qeyd edib ki, əvvəlki illərlə müqayisədə yanan avtomobillərin sayı azalır: “Polis əməkdaşlarına hücum hallarının sayı da azalır”.

O xatırladıb ki, 2019-cu ildə Yeni il ərəfəsində avtoxuliqanlar 1 300-dən çox avtomobili yandırıblar.

Darmanen bildirib ki, bir gecədə Fransada 440-dan çox adam saxlanılıb. Onlardan 380-nə yaxını nəzarətə götürülüb. Nazir yanvarın 1-nə keçən gecə şəhərlərin küçələrində patrul xidməti həyata keçirən polis və jandarma əməkdaşlarına minnətdarlığını bildirib.

Müəllif: