Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./apa