Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

10:14 - 30 Dekabr 2021 tarixində dərc olunub.

Gəncədə anasını öldürməkdə təqsirləndirilən Ramin Rüstəmovun cinayət işi üzrə məhkəməsi başlayır.

İşə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 24-də Gəncə şəhəri, Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovanı döyərərək ona xəsarət yetirib. S.Rüstəmova hadisədən bir neçə gün sonra - avqustun 7-də ölüb.

Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

R.Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Müəllif: