Ucnoqta.az
www.ucnoqta.az

Bakıda intihara cəhdin qarşısı alındı

00:04 - 29 Dekabr 2021 tarixində dərc olunub.

Bakıda intihara cəhdin qarşısı alınıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanına bərkidilən kondisionerin mühərrik hissəsinin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif: