Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - <font color=red><b>Hulusi Akar</b></font>

22:14 - 28 Dekabr 2021 tarixində dərc olunub.

“Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Nazir regionda sülhün tərəfdarı olduqlarını vurğulayıb: “Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq, biz gərginliyi (Rusiya ilə Ukrayna arasında - red.) diqqətlə izləyirik. Regionda vəziyyətin sabit qalmasını istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.///apa

Müəllif: