Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdəki partlayış nəticəsində xəsarət alanların sayı 3-ə çatıb

17:11 - 28 Dekabr 2021 tarixində dərc olunub.

Mingəçevir şəhərində evdə baş verən partlayış nəticəsində xəsarət alanların sayı 3-ə çatıb.

"Report"un məlumatına görə, bunlar 1966-cı il təvəllüdlü Qəmbərova Sevinc Mosul qızı, 1992-ci il təvəllüdlü Məmmədov İlkin Yaqub oğlu və 1997-ci il təvəllüdlü Ələkbərova Aynurə İlqar qızıdır.

Hadisə baş verən zaman ailə üzvlərinin üçü də evdə olub. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Müəllif: