Ucnoqta.az
www.ucnoqta.az

Vətəndaşlardan qanunsuz saxladıqları 15 ov tüfəngi götürüldü

10:05 - 27 Dekabr 2021 tarixində dərc olunub.

Vətəndaşlardan qanunsuz saxladıqları 15 ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 25-də və 26-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Müəllif: