Ucnoqta.az
www.ucnoqta.az

Dünyada vurulan peyvəndlərin sayı açıqlanıb

21:38 - 26 Dekabr 2021 tarixində dərc olunub.

Dünyanın 184 ölkəsində 8,95 milyarddan çox COVİD-19 peyvəndi vurulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb.

“Bəşəriyyət tarixində ən genişmiqyaslı vaksinasiya kampaniyası davam edir: ümumilikdə 8,95 milyard doza vaksin vurulub. Bu, hər 100 insana 116 doza vaksin deməkdir. Günlük vaksinasiya tempi 43,4 milyon doza təşkil edir. Əgər bu temp saxlanılsa, o zaman 5 aydan sonra planet sakinlərinin 75 faizi tam vaksin əldə etmiş olacaq”, – deyə bildirilib.

Müəllif: