Ucnoqta.az
www.ucnoqta.az

Şirvan sakini özünü bıçaqlayıb

22:31 - 24 Dekabr 2021 tarixində dərc olunub.

Şirvanda 51 yaşlı kişi özünü bıçaqlayıb.

Şirvan sakini, 1970-ci il təvəllüdlü Əliyev Teymur Cavadağa oğlu sərxoş vəziyyətdə bıçaqla özünə ağır xəsarətlər yetirib.
Yaralı vəziyyətdə olan T.Əliyev qarının cırılmış və qollarının kəsik xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralı əməliyyat olunub.

Onun çoxlu qan itirdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: