Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Hərbi Hava Qüvvələri tviter səhifəsində yazıb. Hadisə "MiQ-21" təyyarəsinin təlim uçuşu zamanı baş verib.
Qəza Hindistan-Pakistan sərhədinə yaxın Racastan ştatında qeydə alınıb. Təyyarənin pilotu hadisə nəticəsində həlak olub.
Qeyd edək ki, bu, 2021-ci il ərzində Hindistanda "MiQ-21"in iştirakı ilə baş verən beşinci qəzadır.///report