Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda evdə yanğın olub

16:51 - 24 Dekabr 2021 tarixində dərc olunub.

Abşeron rayonunda yanğın olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, rayonunun Saray qəsəbəsində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin dam örtüyünə çəkilən şüşə-pambıqdan ibarət izolyasiya qatı və çardağına yığılan ev əşyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: