Ucnoqta.az
www.ucnoqta.az

Zərdabda elektrik cihazı ilə balıq ovlayanlar saxlanıldı - <font color=red><b>FOTO</b></font>

14:56 - 23 Dekabr 2021 tarixində dərc olunub.

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Aşağı Şirvan kollektrounun rayonun Burunlu kəndi ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunublar.

Araşdırmalarla həmin şəxslərin rayon sakinləri - Şahmar Kərimli, Cavidan Rəhimov və Elşən Vəlizadə olduqları müəyyən edilib.

Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

 

Müəllif: