Ucnoqta.az
www.ucnoqta.az

Piyadanı vuraraq qaçan sürücü saxlanılıb

12:25 - 23 Dekabr 2021 tarixində dərc olunub.

Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinə dekabrın 22-də saat 10 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Heydərlinin müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini C.Hüseynov saxlanılıb.

Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: