Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz dovşan ovlayan şəxs saxlanıldı - <font color=red><b>FOTO</b></font>

11:51 - 23 Dekabr 2021 tarixində dərc olunub.

İmişli polisi 11 ədəd dovşan ovlayan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Araşdırmalarla onun Cavadxanlı kənd sakini Zəngibar Soltanov olduğunu müəyyən edilib.

Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, qanunsuz olaraq ovladığı 11 ədəd dovşan və bir ədəd porsuq aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

Müəllif: