Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 14 ədəd ov tüfəngi götürülüb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.