Ucnoqta.az
www.ucnoqta.az

Qazax sakini həmkəndlisini döyərək ağır xəsarətlər yetirdi

10:09 - 23 Dekabr 2021 tarixində dərc olunub.

Qazax rayon sakininə həmkəndlisi tərəfindən ağır xəsarətlər yetirilib.

Hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Sovet Qurbanov münaqişə zəmində həmkəndlisi Aqil Abıyevin sifət nahiyyəsinə zərbələr vuraraq, onu yerə yıxaraq ağır bədən xəsarətləri yetirib.

Faktla bağlı S. Qurbanov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.///Apa

 

Müəllif: