Ucnoqta.az
www.ucnoqta.az

Prospektdə qəza sıxlığa səbəb oldu - <font color=red><b>FOTO</b></font>

16:27 - 22 Dekabr 2021 tarixində dərc olunub.

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, tunelin çıxış hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə tunel istiqamətindəki yollarda, Bakı-Sumqayıt şosesi şəhər istiqamətində, eyni zamanda A.Salamzadə küçəsi hər iki istiqamətdə və Qələbə dairəsi ətrafında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Müəllif: