Ucnoqta.az
www.ucnoqta.az

Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkəti dayanıb - <font color=red><b>FOTO</b></font>

12:23 - 22 Dekabr 2021 tarixində dərc olunub.

Şəmkir-Gədəbəy yolunun Şəmkirdən keçən hissəsi buz bağlayıb.

Hazırda yolda avtomobillərin hərəkətində problemlər yaranıb. Gecə saatlarından başlayaraq yolda avtomobillər hərəkət edə bilmir.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şəmkir rayon 25 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Yola qum və duz səpilib. Avtomobillərin hərəkətinin bərpası üçün işlər görülür.///apa

Müəllif: