Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda avtomobil 74 yaşlı kişini vuraraq öldürdü

10:12 - 22 Dekabr 2021 tarixində dərc olunub.

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə dekabrın 21-i saat 19 radələrində rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Tural Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Əvəz Sevdimalıyevi vurub. Nəticədə xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.///report

Müəllif: