Ucnoqta.az
www.ucnoqta.az

Qax sakinlərindən odlu silahlar götürülüb

09:00 - 22 Dekabr 2021 tarixində dərc olunub.

Qax rayonunda polis sənədsiz silahlar aşkar edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Coşqun Məmmədov və Vüqar Osmanovun hər birindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb.

Onların barələrində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Müəllif: