Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məşhur restoranda başlayan <font color=red><b>yanğın söndürülüb - FOTO</b></font>

09:30 - 22 Dekabr 2021 tarixində dərc olunub.

Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb. Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb. Əlavə məlumat veriləcək. 08:50

Bakıda restoranda yanğın hadisəsi başlayıb.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.///report

Müəllif: