Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda 14 yaşlı yeniyetmə oğlan intihar etdi

17:21 - 21 Dekabr 2021 tarixində dərc olunub.

Ağsu rayonunda yeniyetmə oğlan intihar edib.

”Report” xəbər verir ki, hadisə Əlheydər Qarayev küçəsində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 2007-ci il təvəllüdlü X.Ə. yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: