Ucnoqta.az
www.ucnoqta.az

Putin NATO-nu hədələdi: <font color=red><b>Sərt cavab veriləcək</b></font>

15:44 - 21 Dekabr 2021 tarixində dərc olunub.

NATO-nun şərqə doğru genişlənməsi Soyuq Müharibədən sonrakı eyforiya və yanlış təsəvvürlərin nəticəsidir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.
Vladimir Putin bildirib ki, NATO onun ölkəsinin sərhədlərinə yaxınlaşacağı təqdirdə, Rusiya hərbi-texniki tədbirlər görməyə hazırdır.

"Qərbli həmkarlarımızın aşkar aqressiv xətti davam edərsə, biz adekvat hərbi-texniki tədbirlər görəcəyik və qeyri-dost addımlara sərt reaksiya verəcəyik. Mən vurğulamaq istəyirəm ki, bizim buna haqqımız var”, - Vladimir Putin bildirib.

Putin həmçinin bir zamanlar Moskva ilə Qərb arasında az qala müttəfiq münasibətlərə baxmayaraq, Soyuq Müharibədən sonra NATO-nun şərqə doğru genişlənməsindən təəcübləndiyini vurğulayıb.

Müəllif: