Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Mingəçevirdə binada yanğın: </b></font>Bir nəfər tüstüdən zəhərlənərək öldü

10:11 - 21 Dekabr 2021 tarixində dərc olunub.

Mingəçevirdə yaşayış binasında yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Xətai küçəsində yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

Nəticədə 1940-cı il təvəllüdlü Tərxanov Tofiq Şahlar oğlu tüstüdən zəhərlənərək ölüb.

Eyni zamanda, binada yaşayan dörd nəfər də zəhərlənib.

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 15-dən çox şəxs təxliyə olunub.///oxu.az

Müəllif: