Lənkəranda 17 yaşlı qızın intihar etməsinin səbəbi məlum olub.
“Report”un xəbərinə görə, A.B. anası ilə eyni marketdə işləyirmiş.
Bir müddət əvvəl həmin marketdə çalışan oğlan qızın ailəsinin də razılığını almaq məqsədilə onlara elçi göndərib. Lakin valideynlər bu izdivaca razılıq verməyiblər.