Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə başına dəmir boru düşən fəhlə öldü

17:40 - 20 Dekabr 2021 tarixində dərc olunub.

Füzulidə bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, rayon ərazisində aparılan tikintidə fəhlə kimi çalışan Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Əhmədov Elnur Aydın oğlu bədbəxt hadisə nəticəsində ölüb.

İlkin məlumata görə, E. Əhmədovun başına dəmir boru düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: