Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda məhkəmə sədri vəfat edib - <font color=red><b>Foto</b></font>

16:24 - 20 Dekabr 2021 tarixində dərc olunub.

Azərbaycanda məhkəmə sədri vəfat edib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dekabrın 19-da 60 yaşında dünyasını dəyişib.

O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Müəllif: