Ucnoqta.az
www.ucnoqta.az

İranlı sürücü Şəmkirdə piyadanı vuraraq öldürdü

10:58 - 20 Dekabr 2021 tarixində dərc olunub.

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 19-u saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 400-cü hissəsində qeydə alınıb.

Belə ki, İran vətəndaşı Sorkhşaban Jabar Abolfazl oğlu idarə etdiyi “Volvo” markalı yük maşını ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Məmmədov Sənan Fikrət oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Müəllif: