Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc oğlan itkin düşdü

10:48 - 20 Dekabr 2021 tarixində dərc olunub.

Bakıda gənc oğlan itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 18-i saat 09 radələrində paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Səid Mahmudov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində araşdırma aparılır.

Müəllif: