Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda yaşayış binasında yanğın olub

23:29 - 19 Dekabr 2021 tarixində dərc olunub.

Abşeron rayonunun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin yeddinci mərtəbəsində yığılan məişət tullantıları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: