Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

20:49 - 19 Dekabr 2021 tarixində dərc olunub.

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Bakı prospekti, Cənlibel parkının yanında qeydə alınıb.

Belə ki, Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səlimov Ülfət Rafiq oğlunu içərisində su olan qabları avtomobilinə qoymaq istəyən zaman digər nəqliyyat vasitəsi vurub.

Xəsarət alan Ü.Səlimov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə blokuna yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.///report

Müəllif: