Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə avtomobil təmiri sexi yanıb

11:30 - 19 Dekabr 2021 tarixində dərc olunub.

Bərdə şəhərində ümumi sahəsi 500 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələrinin satışı mağazası, ərzaq və ayaqqabı mağazası) ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 126 m² sahədə yanıb. Yüksək temperaturdan ayaqqabı mağazasının lambirindən ibarət tavanı 24 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilə məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Müəllif: