Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil 20 yaşlı gənc qızı vurub

10:15 - 19 Dekabr 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Fətullayeva Nailə Sahib qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: