Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə sərnişin avtobusu aşıb, ölənlər və yaralananlar var

22:12 - 18 Dekabr 2021 tarixində dərc olunub.

Türkiyədə sərnişin avtobusu aşıb.

Bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Qarsın Sarıqamış rayonunda baş verən qəzada azı 6 nəfər ölüb, daha 10 insan yaralanıb.

İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusunun aşmasına səbəb qar və dumanlı hava şəraiti olub.

Hadisə yerinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis, təhlükəsizlik və səhiyyə xidmətləri cəlb olunub.///report

Müəllif: