Ucnoqta.az
www.ucnoqta.az

Sabirabad sakini döyülərək qabırğaları sındırıldı

21:15 - 18 Dekabr 2021 tarixində dərc olunub.

Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Asəf Həsrət oğlu həmyerlisi tərəfindən döyülüb.

APA-nın məlumatına görə, A.Məmmədov qabırğalarının sınığı, baş nahiyəsinin və bədənin digər yerlərinin xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

 

Müəllif: