Ucnoqta.az
www.ucnoqta.az

Yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb - <font color=red><b>FOTO</b></font>

21:30 - 17 Dekabr 2021 tarixində dərc olunub.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində virusun daşıyıcısı olan rayon sakini 2005-ci il təvəllüdlü Hüseynli Həsən Mehman oğlu yaşadığı evi icazəsiz tərk etdiyi müəyyən edilib.

“Report” xəbər verir ki, o, yaşadığı evdən çıxaraq virusun digər insanlara keçməsi təhlükəsi yaradıb.

Əməliyyat tədbirləri nəticəsində Hüseynli Həsən rayon ərazisində saxlanılaraq yaşadığı evə geri gətirilib.

Hazırda Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.

Müəllif: