Ucnoqta.az
www.ucnoqta.az

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

19:26 - 16 Dekabr 2021 tarixində dərc olunub.

Ağstafada ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2002-ci il təvəllüdlü Nicat Tağıyev hadisə yerində ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: