Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda traktorla minaya düşən şəxsin adı məlum olub

14:44 - 16 Dekabr 2021 tarixində dərc olunub.

Bu gün saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: